Putindən Medvedevin yerinə yeni təyinat – Razılıq versə, baş nazir o olacaqbackend

Putindən Medvedevin yerinə yeni təyinat - Razılıq versə, baş nazir o olacaq

Rusiya Prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustini baş nazir təyin etməyi təklif edib.

KONKRET.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: “Prezident Vladimir Putin Mixail Mişustin ilə işgüzar görüş keçirib və ona hökumətin sədri vəzifəsini təklif edib. Razılıq aldıqdan sonra o, M.Mişustinin baş nazir vəzifəsinə namizədliyini Dövlət Dumasının müzakirəsinə təqdim edib”.

Qeyd edilir ki, Dövlət Duması Mixail Mişustinin baş nazir vəzifəsində namizədliyini yanvarın 16-sı müzakirə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*