Putinə bir kəlmə də deməyə cəsarət etmirlər – Burcanadzebackend

Putinə bir kəlmə də deməyə cəsarət etmirlər - Burcanadze

“Gürcü Arzusu” Rusiya qarşısında konkret siyasi öhdəlikləri olan bir şəxsin rəhbərlik etdiyi siyasi qüvvədir – bu hakimiyyət nə Medvedyevə, nə də Putinə bir kəlmə də olsa deməyə cəsarət etmir.

KONKRET.az xəbər verir ki, bu sözləri Vahid Gürcüstan Partiyasının lideri Nino Burcanadze deyib.

Onun sözlərinə görə, hökumət Gürcüstanın milli maraqlarına zidd olan bütün addımları atır:

“Hakimiyyət sözdə qərbyönümlüdür. O, həm də NATO və Avropa Birliyinə daxil olmaq istədiyini deyir, amma praktikada hökumətin Gürcüstanı Qərbə yaxınlaşdırmaqla yanaşı, həm də ondan uzaqlaşdıran hər addımı atanda tamam başqa reallıq görürük. Hər bir addım Gürcüstanın milli maraqlarına zidd olaraq atılır”.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin “VKontakte” sosial şəbəkəsində Gürcüstan Rusiyanın tarixi hissəsi kimi qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*