Putinə göndərilən sualların sayı 2 milyonu keçdibackend

Putinə göndərilən sualların sayı 2 milyonu keçdi

Rusiya Prezidenti Vladimir Putinin 19 dekabr, cümə günü iştirak edəcəyi “Birbaşa xətt” proqramı və böyük mətbuat konfransı üçün göndərilən sual müraciətlərinin sayı 2 milyonu ötüb.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin rəsmi məlumatında bildirilir. Açıqlamaya əsasən, ümumi müraciətlərin sayı 2 milyon 57 min 319 təşkil edir. Sualların böyük hissəsi telefon zəngləri vasitəsilə təqdim olunub.

Bundan əlavə, 394 min müraciət Rusiyada yeni istifadəyə verilmiş Max adlı çat platforması üzərindən daxil olub.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*