Putini müdrik sayan rusların sayı 2 dəfə azaldıbackend

Putini müdrik sayan rusların sayı 2 dəfə azaldı

Rusiya Prezidenti Vladimir Putinin müdrik tarixi şəxsiyyət hesab edənlərin sayı 2 dəfə azalıb.

KONKRET.az xəbər verir ki, bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, Putini müdrik tarixi şəxsiyyət sayanların sayı 34%-dən 15%-ə düşüb.

Bundan başqa məşhur şair Aleksandr Puşkini müdrik sayanlar 34%-dən 23%-ə, I Pyotrla bağlı isə 29%-dən 19%-ə qədər azalıb.

Şirkət rusların hələ də ən müdrik şəxs olaraq İosif Stalini gördüklərini bildirib. Belə ki, Stalini respondentlərin 39%-i müdrik adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*