“Putin ayaqlarını yerə döyərək qışqıracaq”.
KONKRET.az xəbər verir ki, bu barədə UPO-nun müşaviri Aleksey Arestoviç rusiyalı hüquq müdafiəçisi Mark Feyqinin canlı efirində danışıb.
Aleksey Arestoviç Putinin təcili çağırdığı Rusiya Təhlükəsizlik Şurasının mümkün ssenarisini təsvir edib.
O deyib ki, Putin işğalçıların cəbhədəki bütün uğursuzluqlarından xəbərdar olacaq və o, ayağını yerə döyərək qışqıracaq.
Onun fikrincə, Putin Təhlükəsizlik Şurasında rus ordusunun nə edə biləcəyini soruşacaq.
“Onlar Putinə deyəcəklər ki, qoşunlar geri çəkilməlidir. Komandanlıq məğlubiyyətlər və uğursuzluqlar barədə diktatora hesabat verəcək və deyəcəklər ki, Xerson bölgəsindəki qruplaşma ilə vidalaşmalı olacaqlar.
Rusiya ordusunun ciddi problemləri Putini çox narahat edəcək. Hərbçilər deyəcəklər ki, geri çəkilmək lazımdır, çünki tezliklə onlar özlərini sadəcə müdafiə edə bilməyəcəklər. Heç kim hücumdan danışmır.
O, (Putin – red.) ayaqlarını yerə döyəcək, qışqıracaq:” Buna necə icazə verdin? O, izahat tələb edəcək, kimlərisə günahlandıracaq. Rusiya Federasiyasının komandanlığı deyəcək ki, bunların hamısı ölü nöqtədir, strateji aviasiya taktiki problemləri həll etməyəcək, sadəcə ola bilməz”, – deyə müşavir bildirib.
Rusiya Federasiyasının komandanlığı anlayır ki, qoşunların köçürülməsi onlara kömək etməyəcək. Ukrayna hərbçiləri axıra qədər ruslar ordusunu çıxarana kimi onları vuracaqlar. Arestoviç qeyd edib ki, onlar beş gün buna sərf etsələr də, ruslara heç nə kömək etməyəcək.
“Bu, fəlakətdir. Putin bu fəlakətə gətirib çıxardı. İndi o, təcili olaraq günahkarları tapmalıdır, lakin Rusiya hərbçiləri mənim anladığım kimi, quduzluq mərhələsindədir. Generallar başa düşürlər ki, indi buna görə məsuliyyət daşıyırlar. Onlar başa düşürlər ki, ordunu məhz o (Putin – red.) gətirib, o cümlədən, öz əmrləri ilə… Qışqırmaq, izahat tələb etmək, yaxasından yapışmaq, bundan artıq heç nə yoxdur”, – Arestoviç təsvir edib.
Arestovç qeyd edib ki, Rusiya hərbçiləri bizim torpaqlarımızda ölməyə davam edəcəklərini başa düşməlidirlər. Yoxsa silahlarını çevirib vətəndaş müharibəsi başlatmalı, Putini “yıxmalıdırlar”.
Arestoviçin qeyd edib ki, Putinin qətli ruslar üçün “ağ bilet” olacaq.
Xuraman Etibarlı,
KONKRET.az
