Putinin azərbaycanlı dostunun bacısı ilə MÜSAHİBƏbackend

Putinin azərbaycanlı dostunun bacısı ilə MÜSAHİBƏ

İş adamı Gülnarə Rəhimova: ”Xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanlara yaxşılıq etməyə çalışmaq, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaqdır”.

KONKRET.az xəbər verir ki, tanınmış azərbaycanlı iş adamı, hüquq elmləri doktoru İlham Rəhimovun bacısı, Rusiyada yaşayan iş xanımı Gülnarə Rəhimova müsahibə verib.

Qısa məlumat: Gülnarə Məmmədhəsən qızı Rəhimova Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universitetini) bitirib. İkinci ali təhsilini isə Rusiya Dövlət İdarəçilik Akademiyasında alıb. Uzun illərdir Moskva şəhərində yaşayan Gülnarə Rəhimova hazırda dünyanın ən böyük banklarından biri olan “VTB” bankda müşavir vəzifəsində işləyir.

Həmin müsahibəni təqdim edirik:

– Gülnarə xanım, xanım, bizdə olan məlumata görə, bütün dünyanın pandemiya ilə üz-üzə qaldığı bir vaxtda Siz atdığınız bir sıra örnək addımlarala xalqımızın yandında olmusunuz. Bu barədə nə deyə bilərsiniz?

Sənan müəllim, öncə deyim ki, atalarımızın dəyərli bir sözü var: “Sağ əlinin verdiyini sol əl bilməməlidir”. Bu nöqteyi-nəzərdən hesab edəirəm ki, kimlərəsə əl tuturamsa, bu və ya digər formada dəsətk ola bilirəmsə, bunu bizim milli dəyərlərimizdən irəli gələn ali bir hiss kimi qiymətlədnirirəm. Çünki tarixən Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Xan qızı Xurşudbanu Natəvandan bu yana öz səxavəti və xеyirxahlığına görə ad qazanmış xeyli sayda xeyriyyəçi xanımlarımız olub. Görkəmli Azərbaycan ədibi C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım da bir bəy qızı olaraq insanalara kömək edib.Və etdiklərini əslində heç vaxt kimlərəsə açıq şəkildə nümayiş etdirməyib. Bunu özünün insanlıq borcu hesab edib. Qiyməti isə tarix verib.

– Koronavirusun tüğyan etdiyi bir zamanda, karantin rejimində aztəminatlı ailələr, imkansız insanlar daha çox dəstəyə ehtiyac duyur. Bəs belə olan halda bu gün Azərbaycan xanımların fəaliyyətini necə qiymətləndirmək olar?

– Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də xeyirxah addımları ilə Azərbaycan qadınlarına nümunədir. Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqına layiqli xidmət dayanır. Bir çox qadınlarımız da məhz Mehriban xanımın humanist aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirilər və öz töfhələrini verirlər. Təbii ki, bu bizi çox sevindirir.

– Bir çox soydaşlarımızın dediyinə görə, Siz Azərbaycandan kənarda, xüsusən də Rusiya Federasiyasında təhsil alan xeyli sayda tələbəyə, müalicəyə ehtiyacı olan imkansız şəxslərə maksimum səviyyədə kömək edirsiniz.

– Sənan müəllim, bu suala cavab verməyəcəm və baradə geniş məlumat verməyə də lüzum görmürəm. Sadəcə qeyd edim ki, insanlara əl tutmaq bizə ailəmizdən-atamızdan gələn ən vacib tövsiyələrdən biri olub. Elə qardaşım İlham müəllim də (İş adamı, professor İlham Rəhimov) hər zaman müxtəlif istiqamətlərdə soydaşlarımıza əlindən gələn köməyi edib. Amma bunun mətbuata işqılandırlmasının tərəfdarı olmayıb.

Bir cümlə ilə desəm, bizim ailə dəyərlərimizə görə, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə insanlara yaxşılıq etməyə çalışmaq, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaqdır. Bizim də nə qədər ki, imkanımız var, ehtiyacı olanlara öz dəstəyimizi göstərəcəyik.

– Gülnarə xanım, müsahibəyə görə təşəkkür edirəm.

Sənan Həsənoğlu,

KONKRET.az-ın Rusiya bürosu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*