Putinin martda Trampa verdiyi hədiyyə nümayiş olundu – FOTObackend

Putinin martda Trampa verdiyi hədiyyə nümayiş olundu - FOTO

Amerikanın CNN telekanalı mart ayında Rusiya Prezidenti Vladimir Putin tərəfindən ABŞ lideri Donald Trampa hədiyyə olunan portreti yayımlayıb. Rəsmin müəllifi Rusiya Xalq Rəssamı Nikas Safronovdur.

KONKRET.az xəbər verir ki, portret daha əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən Rusiyadan gətirilib.

O, əsəri “aparıcı rus rəssamının gözəl portreti” kimi qiymətləndirib.

Rəsmdə Ağ Evin sakini yumruğunu havaya qaldırmış şəkildə təsvir olunub, üzündə isə qan izləri görünür. Bu təsvir, 2024-cü il iyulun 13-də Pensilvaniyada keçirilən seçki kampaniyası zamanı Trampa qarşı baş verən sui-qəsd cəhdini xatırladır.

Prezidentin arxa fonunda Amerika bayrağı dalğalanır, Azadlıq Heykəli və Manhettenin silueti seçilir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*