Putinin sevgilisinə də sanksiya tətbiq edildibackend

Putinin sevgilisinə də sanksiya tətbiq edildi

“Rusiya prezidenti Vladimir Putinlə romantik münasibətdə olan gimnast Alina Kabayeva Ukraynanı işğal etdiyinə görə Moskvaya qarşı AB-nin altıncı sanksiya paketinə daxildir”.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, hazırda altıncı sanksiyalar paketi müzakirə olunur və Alina Kabaeva müzakirə olunan siyahıya daxil edilib.

Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də Aİ-nin təklif etdiyi altıncı sanksiya paketinə daxil olan şəxslər arasındadır. Amma onların adları silinə bilər.

Aİ təklif layihəsini rəsmi olaraq imzalamayıb, lakin bu gün Aİ səfirlərinin Brüsseldə keçiriləcək görüşündə bunu edə bilər.

“Müzakirələr gedir. Bu o qədər də sadə deyil”, – deyə diplomatik mənbələrindən biri bildirib.

Aprel ayında “Wall Street Journal” ABŞ rəsmilərinin Kabayevaya sanksiya tətbiq edib-etməmək barədə müzakirələr apardığını yazmışdı. Atılacaq bu addımın gərginliyi daha da artıra biləcəyindən bu addım atılmayıb. Çünki bu, Putinə böyük şəxsi zərbə olacaqdı.

Kabaeva ilk dəfə Putinlə 10 il əvvəl medal qazanan gimnast olarkən tanış olsa da, Putin onunla münasibətləri təkzib edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*