Putinin Vardanyan planı: Paşinyanı Saakaşvili AQİBƏTİ gözləyir? – ŞƏRHbackend

Putinin Vardanyan planı: Paşinyanı Saakaşvili AQİBƏTİ gözləyir? - ŞƏRH

Ukraynadakı savaş fonunda Rusiyanın gücdən düşməsi barədə çox yazı dərc olunub. Buna baxmayaraq Kremlin siyasi ssenarisi davam etməkdədir. Bu planda Ukraynadan sonra ikinci hədəf Ermənistandır.

KONKRET.az xəbər verir ki, II Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti və kapitulyasiyaya imza atması Nikolu dəyişmək üçün Rusiyanın əlinə düşmüş ən ideal fürsət oldu. Sadəcə təkrar seçkilərdə Paşinyan yenə qələbə qazandı. Çünki:

– Petrosyanın seçilməsi ruslara sərf etmirdi;

– Serj Sarkisyan və Robert Koçaryanın isə istifadə müddəti bitmişdi;

Buna görə də Kreml alternativ müxalifətçiləri populyarlaşdırmağa başladı, lakin Soros kündəsinin fonunda rus xəmiri özünü tutmadı. İrəvandakı KTMT iclasında olanlar Paşinyanın Kreml üçün başbəlasına çevrildiyinin sübutudur. Qafqaz ölkələri ilə bağlı Rusiya oxşar problemi Gürcüstanda Mixeil Saakaşvilinin zamanında yaşayıb. Lakin Abxaziya, Cənubi Osetiya qondarmaları, məğlub olduğu müharibə və Bidzina İvanişvilinin müxalifəti təmsil etməsi Mixeili Odessaya yolladı.

• Bidzinanın yaratdığı “Gürcü Arzusu” 2012-ci ilin oktyabrında parlament seçkilərinin qalibi oldu. Saakaşvili iqtidardan müxalifətə keçdi. Gürcüstan ilhaq ittihamlarına görə Rusiya ilə münasibətləri İvanişvilinin dövründə də soyuq saxladı. Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qorunur. Bu səbəbdən də gürcü müxalifətinin bölüşdüyü bəzi informasiyalara yer vermirik. Bir faktı isə hamı bilir ki, Saakaşvili Putinin ən böyük (indi Zelenski) düşmənlərindən olub. Bidzina İvanişvili isə Rusiyada iri səhmlərin sahibi olmuş oliqarxdır. Gürcüstana da elə 2004-də Saakaşvili Prezident seçiləndən sonra qayıdıb.

• Ruben Vardanyan Putinin himayəsində olan milyarderlərdəndir. Ümumiyyətlə, Rusiyadakı oliqarxların hamısı Putinin yaxın ətrafıdır. Orada varlanmağın başqa yolu yoxdur. Ruben Putinin ehtiyat kartı idi. Rusiya lideri çox gözəl anlayır ki, ermənilərin hazırda 2 yaralı nöqtəsi var:

1. “Miatsum” ideologiyalıların Qarabağ iddiaları;

2. Ermənistandakı bərbad sosial durum;

– Ona görə də Putin Vardanyanı əvvəlcə Qarabağdakı qondarma rejimə yolladı. Sülhməramlıların məsuliyyət zonasındakı “fəaliyyət”i Rubenin gələcək təbliğat kampaniyasının fundamenti olacaq. Belə ki, bu işdə ona Qarabağ klanı da yardım edəcək və Vardanyan erməni xalqının xilaskarı kimi, “böyük ermənistan” xamxəyalının yeni “Tiqran”ı şəklində manqurt hayların gözündə şişirdiləcək.

– Ruben Qarabağdakı ermənilərin rifah şəraitini elə yaxşılaşdıracaq ki, İrəvandakılar da bu komfort üçün Paşinyanın yerinə onun namizədliyini irəli sürəcəklər. Nəticədə Qərbin İrəvandakı adamını Rusiyanın oliqarxı əvəzləyəcək.

Hər halda bu, Kremlin planıdır. Baş tutacağı halda Nikol Odessada mer yox, Marsel qəzetlərindən birində Vardanyan hökuməti əleyhinə məqalələr yazan müxbir işləyə bilər. Ya da Makronun 1993-də teatr tamaşalarında oynadığı müqəvva vakansiyası boşdur.

Müşahidələrim onu deməyə əsas verir ki, III Qarabağ savaşı olmayacaq, Zəngəzur dəhlizinin dəmiryol hissəsi 2023-də açılacaq. Vardanyanın missiyası Qarabağda “referendum” keçirtmək yox, Ermənistan müxalifəti kimi Paşinyana qalib gəlməkdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*