Putinlə münasibətimi kəsməyəcəyəm – Şröderbackend

Putinlə münasibətimi kəsməyəcəyəm - Şröder

“Mən Putinlə münasibətimi kəsməyəcəyəm”.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Gerxard Şröder “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib.

Şröder Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyət imkanından imtina etməyəcəyini bildirib.

Keçmiş kansler müharibə məsələsinin hərbi yolla həllinə inanmadığını bildirib.

“Müharibəyə son qoymağın yeganə yolu diplomatik danışıqlardan keçir. Hərbçilərin və Ukraynanın mülki əhalisinin taleyini yalnız diplomatiya yolu ilə yüngülləşdirmək olar”, – deyə Şröder vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə politoloq Nikolay Davıdyuk Almaniyanın keçmiş kansleri Gerxard Şröderi “Putinin ofisiantı” adlandırmışdı. Onu Putinin maraqlarına xidmət etməkdə günahlandırılır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*