Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında Rusiya Federasiyası ilə Səudiyyə Ərəbistanı arasındakı dialoqun neft bazarının tənzimlənməsi baxımından təsirli olduğunu bildirib.
KONKRET.AZ xəbər verir ki, bundan başqa Peskov əlavə edib: “Dialoq davam edəcək, bu bazarın tənzimlənməsi baxımından Rusiya-Səudiyyə dialoqunun effektivliyini sübut etdi. Bu qarşılıqlı fəaliyyət davam edəcək”, – deyə o məlumat verib.
Peskov Putin və Səudiyyə Ərəbistanı kralı arasında hərbi-texniki əməkdaşlığı müzakirə etdiyini və bu dialoqun davam edəcəyini söyləyib.
