Qaçqınkom Bakıda 3 bina tikəcək: Niyə, kimin üçün?backend

Qaçqınkom Bakıda 3 bina tikəcək: Niyə, kimin üçün?

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin saytında yerləşdirilən bir məlumat sosial şəbəkələrdə maraqla qarşılanıb.

KONKRET.az xəbər verir ki, İdarə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (Qaçqınkom) Bakıda daha 3 yaşayış binası tikməyə icazə verildiyini açıqlayıb. Yeni binalar paytaxtın Qaradağ rayonunun Ümid qəsəbəsində inşa ediləcək. Obyektlərin layihəçisi Kapitel MMC-dir.

Hazırda 44 günlük müharibədə əldə etdiyimiz möhtəşəm qələbə nəticəsində azad edilən torpaqlarımızda sürətli bərpa işlərinə başlandığı, Böyük Qayıdışa hazırlıq getdiyi bir vaxtda Qaçqınkom 3 yaşayış binasını kimin üçün və niyə tikməlidir?

Qaçkınkomdan axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, binaların hansı səbəbdən tikildiyi və gələcək təyinatı hələlik bəlli deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*