Qadağaları ləğv edən ölkələrə – ÜST-dən XƏBƏRDARLIQbackend

Qadağaları ləğv edən ölkələrə - ÜST-dən XƏBƏRDARLIQ  

Dünyada COVID-19-a yoluxanların sayı 4 milyon nəfəri ötüb.

KONKRET.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus keçirdiyi brifinqdə bildirib.

“Bu gün dünyada COVID-19-a 4 milyondan çox yoluxma qeydə alınıb”, – o deyib.

ÜST rəhbəri xatırladıb ki, bir çox ölkələr artıq COVID-19-la mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. Onun fikrincə, belə hərəkətlər hər ölkədə pandemiya ilə bağlı vəziyyətin inkişafı nəzərə alınaraq tədricən olmalıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*