Qalaktikanın ən uzaq ulduzu kəşf edilib – FOTObackend

Qalaktikanın ən uzaq ulduzu kəşf edilib - FOTO

“Habbl” Kosmik Teleskopu 28 milyard işıq ili uzaqlığında olan ulduzun görüntülərini çəkib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc olunan məqalədə bildirilib.

Astronomlar “səhər ulduzu” və ya “yüksələn işıq” mənasını verən “Earendel”in Günəşdən 50-500 dəfə böyük, milyonlarla dəfə parlaq olduğunu, görüntüsünün dünyaya təxminən 13 milyard ilə çatdığını qeyd ediblər.

Araşdırma qrupu, “Earendel”in tək bir ulduz olduğuna əmin olmaq üçün daha aydın görüntü əldə edən “Ceyms Uebb” Kosmik Teleskopundan istifadə edəcəklərini bildiriblər.

Qeyd edək ki, NASA-nın Avropa Kosmik Agentliyi və Kosmik Teleskop Elm İnstitutu ilə birgə hazırladığı “Habbl” Kosmik Teleskopu 1990-cı ildən bəri Yer orbitində kosmik müşahidələr aparır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*