“Qalatasaray”ın oyunu azərbaycanlı hakimə tapşırıldıbackend

“Qalatasaray”ın oyunu azərbaycanlı hakimə tapşırıldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Əliyevə növbəti dəfə etimad göstərib.

KONKRET.AZ xəbər verir ki, həmyerlimiz CEV kubokunun 1/8 final mərhələsində iş başında olacaq.

O, kişi voleybolçular arasında keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Qalati” (Rumıniya) klubları arasında ilk görüşdə əsas hakim funksiyasını yerinə yetirəcək.

Yanvarın 29-da İstanbulda təşkil ediləcək matçda ikinci referi belaruslu Konstantin Asipçik olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*