Qalibaf: “Region ölkələri öz gələcəklərini öz əllərinə almalıdırlar”backend

Qalibaf: "Region ölkələri öz gələcəklərini öz əllərinə almalıdırlar"

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf region dövlətlərinin xarici qüvvələrin müdaxiləsi olmadan öz təhlükəsizliklərini özləri təmin etməli olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə iranlı spiker bəyanat yayıb.

O qeyd edib ki, Çinin ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə diqqət yetirməsi İranın uzun müddətdir müdafiə etdiyi prinsipi əks etdirir:

“Region ölkələri öz gələcəklərini öz əllərinə almalıdırlar və əsl sabitliyə yalnız region ölkələrinin özləri tərəfindən yaradılmış yeni təhlükəsizlik arxitekturası sayəsində nail olmaq mümkündür. İran buna hazırdır”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*