“COVID-19 daha çox gənclər arasında yayılmağa başlayıb”.
KONKRET.az xəbər verir ki, bunu “QamaleyaQ Mərkəzinin laboratoriya müdiri Vladimir Quşçin “Solovyov Live” YouTube-da kanalının efirində deyib. OLnun sözlərinə görə, “Zaman keçdikcə koronavirusda yeni xüsusiyyətlər yaxşılığa doğru dəyişmir. Əksinə, insandan insana ötürmə qabiliyyətinin artdığını görürük. Görürük ki, əksinə, insanlar daha şiddətli şəkildə xəstələnirlər, xəstəlik “cavanlaşır”, gənclər arasında daha şiddətli hallar var”.
Qeyd edək ki, Moskva və Moskva vilayəti, Sankt-Peterburq, Tula, Saxalin və Tver bölgələri, Yakutiya, Kuzbass və Kubanda koronavirus kütləvi şəkildə yenidən yayılıb. Hakimiyyət orqanlarının hesabatlarına əsasən peyvənd almaq istəyənlərin sayı son günlərdə ölkənin bir çox bölgəsində təxminən iki dəfə artıb.
Natiq Səlim,
KONKRET.az
