Qambiya Prezidenti İlham Əliyevə başsağlığı verdibackend

Qambiya Prezidenti İlham Əliyevə başsağlığı verdi

Qambiya Respublikasının Prezidenti Adama Barrou Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Keçən il dekabrın 25-də Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində insanların faciəli şəkildə həyatını itirməsi ilə əlaqədar Qambiya Hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan Hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə və bu faciə nəticəsində zərər çəkmiş insanlarladır. Bu çətin anlarda Qambiya Hökumətinin mənəvi dəstəyi sizinlədir.

Həyatını itirənlərin ruhları şad olsun. Sizə bu ağrı-acılı günlərdə səbir diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*