Qanda xolesterin səviyyəsini azaltmağın yollarıbackend

Qanda xolesterin səviyyəsini azaltmağın yolları

Bir qrup diyetoloq və həkim qanda xolesterin səviyyəsini azaltmaq üçün qidalanma qaydaları haqqında danışıb. 

KONKRET.az xəbər verir ki, alimlər sağlamlığı qorumaq və ürək-damar sisteminin fəaliyyətini normallaşdırmaq üçün pəhrizə hansı qidaların daxil edilməli olduğunu izah ediblər.

Diyetoloq Liza Yanqın fikrincə, yüksək xolesterin təkcə düzgün olmayan pəhrizin nəticəsi ola bilməz. Bu, irsi də ola bilər. Bununla belə, həkim əmin edir ki, balanslı qidalanma və məşqin köməyilə göstəriciləri yaxşılaşdıra bilərsiniz: “Bir qidalanma mütəxəssisi kimi şəxsən görmüşəm ki, ürək üçün sağlam rasion LDL xolesterin səviyyəsini aşağı salmağa kömək edə bilər. Bu, meyvə, tərəvəz və sağlam zülallarla zəngin, şəkər, duz və doymuş yağ az olan qidalardan ibarətdir”.

Anadangəlmə yüksək xolesterini olan tibb elmləri namizədi Kristina Laboni öz təcrübəsini bölüşüb. Laboninin dediyinə görə, o, səhər yeməyində yulaf sıyığı yeyərək xolesterin dərəcəsini normal saxlamağa nail olur. “Yulaf qanımızda LDL xolesterin səviyyəsini aşağı salmağa kömək edən lifi ehtiva edir”, – o qeyd edib.

Professor Trista Best rasionunda şəkərli qazlı içkilərə diqqət çəkib. Onun fikrincə, xolesterinlə bağlı problemi olanlar onların istifadəsini həmişəlik unutmalıdır.

Diyetoloq Veronika Rouz oxşar problemi olan insanlara sağlam qida əlavəsi – psillium və ya bağayarpağı qabığından istifadə etməyi tövsiyə edib. Tərkibində xolesterini azaltmağa kömək edən lif var. “Psillium tozunu şirəyə və ya digər içkilərlə qarışdıra bilərsiniz. O, həmçinin  kapsula şəklində də var” deyən Rouz bunu etməzdən əvvəl həkimlə məsləhətləşməyə çağırıb.

Həkim Alissa Bernison sağlam yağlar yeməyin əhəmiyyətindən danışıb: “Məsələn, qoz ürək üçün faydalı olan Omeqa-3 yağ turşularının bitki əsaslı versiyaları ilə zəngindir və bu, ümumi xolesterin və triqliseridləri aşağı salır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*