Putinin sözçüsü bəzi müxalifçilərin həbs olunmasını müdafiə edib.
KONKRET.az xəbər verir ki, Dmitriy Peskov saxlanılan Aleksey Navalnının sərbəst buraxılması üçün keçən həftə ölkədə keçirilən etiraz nümayişlərindən sonra müxalif insanların tutulmasının qanunauyğun şəkildə olduğunu qeyd edib.
Rusiyadakı nümayişlərdən əvvəl narahatlıqlarını dilə gətirdiklərini qeyd edən Peskov “Rusiyanın qanunları dəfələrlə pozulub. Hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir. Kremlin düşündüyü deyil, polisin qanunu qorumaq üçün lazım hesab etdiyi hərəkətlər vacibdir”,- deyə bildirib.
Xatırladaq ki Navalnının qardaşı Oleq Navalnı da həbs edilib.
