Ermənistanda siyasi gündəm hər gün dəyişməkdə davam edir.
KONKRET.az xəbər verir ki, Nikol Paşinyana qarşı 17 partiyanın birgə başladığı mübarizə uğursuzluqla nəticələndiyi üçün müxalifət taktikanı dəyişmək qərarına gəlib.
Belə ki, yanvarın 30-u “Qarabağ klanı”nın 2 əsas siması – Serj Sarkisyan və Robert Koçaryan görüşəcək. Görüşdə onlarla yanaşı, “Çiçəklənən Ermənistan” və “Daşnaksütyun” partiyalarının rəhbərliyi də iştirak edəcək.
Əsas müzakirə mövzusu özünü doğrultmayan “Vətənin Xilası Naminə” hərəkatının yerinə yeni strukturun yaradılması və Paşinyanı istefaya vadar etmək üçün mübarizə formasının dəyişdirilməsi olacaq.
Xatırladaq ki, Ermənistanın eks-prezidentləri Robert Koçaryan və Serj Sarkisyan uzun illər görüşməyib. (modern.az)
