“Qarabağ” möhtəşəm qələbə ilə növbəti mərhələdə! – YENİLƏNİBbackend

“Qarabağ” möhtəşəm qələbə ilə növbəti mərhələdə! - YENİLƏNİB

“Qarabağ” Çempionlar Liqasının I turunun cavab qarşılaşmasında darmadağınla növbəti mərhələyə yüksəlib.

KONKRET.az-ın xəbərinə görə, qitənin ən nüfuzlu turnirində təmsilçimiz Polşa çempionu “Lex” üzərində 5:1 hesablı qələbəyə sevinib. Hərçənd, oyunun ilk saniyələrindən hesabda geri düşüb. Bununla belə, “Qarabağ” özündə inam taparaq, əvvəlcə hesabı bərabərləşdirib, hissənin sonunda 2:1 önə keçməyi bacarıb.

İkinci 45 dəqiqədə rəqibinin qapısını 3 dəfə silkələyən “köhlən atlar”, bir həftə öncə 0:1 hesablı məğlubiyyəti artıqlaması ilə çıxıb.

“Qarabağ” – “Lex” – 5:1 

Qollar: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)

Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper\

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun – 0:1

Beləliklə, turu adlayan “Qarabağ” növbəti mərhələdə İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.

21:31

Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Lex” qarşılaşması davam edir.

KONKRET.az xəbər verir ki, 56-cı dəqiqədə Kevin Medina Ağdam təmsilçilərinin 3-cü qolunu vurdu – 3:1.

20:59

Bakıda “Qarabağ” və Polşanın “Lex” komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu keçirilir. 

KONKRET.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edir.

“Qarabağ”  Polşa “Lex”inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabda önə çıxıb.

42-ci dəqiqədə Filip Ozobiç 2-ci topu qonaqların qapısından keçirib – 2:1.

Qeyd edək ki, Polşadakı ilk matçda “köhlən atlar” rəqibinə minimal hesabla uduzub – 0:1.

Canlı yayımı Buradan izləyə bilərsiniz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*