“Qarabağ məsələsi həll olunana qədər heç yerə getməyəcəyəm”.
KONKRET.az xəbər verir ki, dünən qondarma qurumun “parlamenti” Rusiyadan qaçaraq Qarabağa köçən oliqarx Ruben Vardanyanla görüş keçirib.
Qondarma parlamentin “vitse-spikeri” Vardanyanın Qarabağ vətəndaşlığını alaraq Qarabağda məskunlaşmasını “alqışlayıb”.
“Qarabağın gələcəyi məsələsi təkcə burda yaşayanların deyil, bütün ermənilərin problemidir. Qarabağın xeyrinə bütün imkan və potensialdan istifadə etməyə hazıram”, – Vardanyan deyib.
Qeyd edək ki, Rusiyaya arxa çevirərək dabanına tüpürüb qaçan nankor Vardanyan Qarabağa üç əsas məqsədlə – Qarabağın “statusu”, təhlükəsizlik və sosial-iqtisadi inkişafı ilə əlaqədar gəldiyini açıqlayıb.
“Təkcə hərbi təhlükəsizlik deyil, həm də informasiya təhlükəsizliyinin təmin edilməsi vacibdir.
Qarabağ məsələsi həll olunmayana qədər mən heç yerə getməyəcəyəm. Bu məsələlər ətrafında sıx birləşməyimiz lazımdır”, – deyə Vardanyan çərənləyib.
Xuraman Etibarlı,
KONKRET.az
