“Qarabağ”dan  növbəti qələbəbackend

"Qarabağ"dan  növbəti qələbə

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama matçını keçirib.

KONKRET.az xəbər verir ki,  Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi “Jetisu” ilə üz-üzə gəlib.
Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 5-ci dəqiqədə Mahir Emreli vurub.

Qeyd edək ki, “Qarabağ” qonşu ölkədəki ilk sınağında Rumıniyanın “Akademika Klinçeni” klubu ilə bərabərə qalıb – 2:2.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*