“Qarabağın itirilməsi Ermənistanın itirilməsi deməkdir”.
KONKRET.az xəbər verir ki, bu barədə Alternativ Layihələr Qrupunun eksperti Vahe Ovannisyan öz məqaləsində yazıb.
“Ölkə sistemli çöküş içindədir və işlər irəli getmir. Niyə?
Biz uzun illər müharibəyə hazırlaşdıq və məğlub olduq. Dərin narahatlıq var ki, biz indi sülhə hazırlaşırıq. Bu, növbəti məğlubiyyətə gətirib çıxaracaq.
Uğur qazanmaq üçün hazırlaşmalı və növbəti gücə çatmağı qarşımıza məqsəd qoymalıyıq.
Qarabağ məsələsi dəyişdi, Cənubi Qafqaz dəyişdi və deməli, Ermənistan-Türkiyə münasibətlərinin məzmunu, Ermənistan-Rusiya münasibətləri və bizim rolumuz dəyişdi.
2020-ci ilə qədər Ermənistan Qarabağın “təhlükəsizliyini” təmin edirdii. Lakin 2020-ci ildə bu “dövlətçilik” itirildi və təhlükəsizlik zəmanəti ləğv edildi. İndi Qarabağ real fiziki məhv təhlükəsi ilə üz-üzədir.
Biz başa düşməliyik ki, Qarabağın itirilməsi Ermənistanın itirilməsi deməkdir. Qarabağın son məğlubiyyətindən sonra Ermənistan 10-15 il ərzində başqalarına xidmət göstərən erməni rezervasiyasına çevriləcək.
Qarabağı necə saxlamaqla bağlı problem formalaşdırmaq lazımdır. Nikolun getməsinə söz ola bilməz, amma Nikolun arxasınca dövlət adamı gəlməlidir.
Ermənistanın növbəti hökuməti vasitəçilərlə, qonşularla və düşmənlə danışacağı Qarabağ “konsepsiyasını” hazırlamalıdır. Bu “konsepsiya” Rusiya sülhməramlılarının qeyri-müəyyən müddətə mövcudluğuna əsaslanır.
Sabah Azərbaycan dinc şəraitdə 200 min əhalisi olan Ağdam tikəcək. Bir neçə min nəfərlik yeni kəndlər salacaq. Bunlar hamısı “erməni məskənləri”dir.
Bu barədə düşünən varmı? Bu gün orada iki beynəlxalq hava limanı və çoxlu yollar tikilib. Ermənistan isə Laçını təslim edəndə Xankəndi hava limanı məsələsini qaldırmadı.
Mənim təklifim odur ki, yeni reallıqları nəzərə alaraq Qarabağ məsələsi ilə bağlı proqramlar hazırlanmağa başlasın”, – deyə Ovannisyan əməlli-başlı sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az
