Qarpız zəhərlənmələrinə tumlar səbəb olur? – İnanılmaz araşdırmabackend

Qarpız zəhərlənmələrinə tumlar səbəb olur? - İnanılmaz araşdırma

“Northwestern” universitetinin alimlərinin apardığı araşdırmaya görə, Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində yetişən qarpızların toxmlarının tərkibində yüksək səviyyədə maqnezium, protein və folat var. Məhz bu səbəbdən qarpız tumları çiy istehlak edildikdə mineral balansı pozur və zəhərlənməyə gətirib çıxarır.

Alimlərin fikrincə, qarpız tumları qaynadılmış və qovrulmuş halda istehlak edilməlidir.

Maraqlıdır, baş verən qarpız zəhərlənmələrinə onun toxumları səbəb olur?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablayan qida təhlükəsizliyi üzrə mütəxəssis Asim Vəli bildirib ki, əvvəllər istehlak edilən qarpızlarla hazırda mövsümsüz satışa çıxarılan qarpızlar tamam fərqlidir:

“Əvvəllər satışa çıxarılan sortlar ənənəvi sortlar idi, hətta bəzi alimlər araşdırmalarda qeyd edirdilər ki, qarpız tumunun özü xərçəng xəstəliyi üçün faydalıdır. Bu istiqamətdə müəyyən araşdırmalar var idi. İndiki qarpızların toxumları fərqlidir. Hibrid toxumdur, yəni yerli toxumlar deyil, gətirilmə toxumlardır. Bəzən buna GMO da deyilir. Lakin GMO ilə bağlı tam dəqiq məlumat yoxdur. Qarpız mövsümsüz yetişdiriləndə ona müxtəlif dərmanlar vurulur ki, tez yetişsin. Vurulan dərmanlardakı zəhər isə meyvənin toxumunda yerləşir. Bu hallarda isə zəhərlənmə ehtimalı yüksəlir”.

Mütəxəssis qarpız tumunun qaynadılaraq istehlakına da aydınlıq gətirib:

“Əgər meyvənin yetişdirilməsi prosesində tərkibinə zəhərli maddə daxil olubsa, tumların qaynadılaraq istehlak edilməsi zəhərlənmənin qarşısını ala bilər. Amma bu, yalnız ehtimaldır. Bunun dəqiq araşdırılmasına ehtiyac var”.

Aygün Mirakif

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*