Qasım Süleymani Azərbaycana xəyanət edibmiş – ermənilərə məlumat ötürübbackend

İDDİA: Qasım Süleymani Azərbaycana xəyanət edibmiş - ermənilərə məlumat ötürüb

“Azərbaycanın düşməni Qasım Süleymaninin ölümü ölkəmizin hüquq-mühafizə orqanları üçün çoxlu ip ucları verdi. O hələ 1990-cı illərdən Azərbaycanla xüsusi maraqlamış və döyüş bölgələrindən kəşfiyyat məlumatlarının ermənilərə ötürülməsini təşkil etməyə cəhd etmişdir”. 

KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, belə bir sensasiyalı açıqlama ilə Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev çıxış edib.

“Onun iki agenti Ağdam-Ağdərə döyüş bölgəsində Daxili Qoşunların kəşfiyyatçıları tərəfindən həbs edilərək MTN-ə təhvil verilmişdir. Bunu da ondan ötrü göz yaşları axıdanların yaddaşı üçün yazdım…”deyə sabiq komandan əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*