backend

Qatillər, terrorçular, residivistlər və zorlamadan tutulanlar bu həbsxanaya toplanacaq

Ömürlük həbs cəzasına məhkum edilmiş beş yüzdən çox təhlükəli cinayətkar Rusiyanın Xabarovsk ərazisindəki xüsusi koloniyaya gətiriləcək.

KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, hazırda 800 nəfərin yerləşdiyi müəssisədə 60 nəfər var. Tezliklə həmin məhkumların sözügedən koloniyaya gətirilməsi gözlənilir. Onların xeyli hissəsi qatillər və terror fəaliyyətində ittiham olunanlardır.

Xabarovsk ərazisindəki Federal Penitensiar Xidmətin rəhbəri Aleksandr Kudrinin sözlərinə görə, onlar üçün 552 yer hazırlanıb. Koloniyada istehsal üçün müəssisənin yaradılması da nəzərdə tutulur. Həbsxanada məhkumlar üçün tikiş istehsalı və ağac emalı üçün yaxşı avadanlıqlar gətirilib. Azadlıqdan məhrum olunan canilər Dövlət Müdafiə Sifarişi üçün geyimlər, yataq dəstləri tikəcəklər. Onlar üçün xüsusi təlimlər keçiriləcək ixtisasları təkmilləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*