Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbbackend

Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıb

Qax şəhərində yerləşən mağazaların birindən oğurluq edilib. Obyekt sahibi içərisində pul, bank kartları və sənədlər olan pulqabısının oğurlanması barədə polisə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 53 yaşlı Azər Əliyev saxlanılıb.

O, əldə etdiyi maddi vəsaitin bir hissəsini xərclədiyini bildirib. Pulun qalan hissəsi və sənədlər isə saxlanılan şəxsdən aşkarlanıb.

Qeyd edək ki, A.Əliyev əvvəllər də soyğunçuluq, oğurluq və digər cinayətlərə görə dəfələrlə məhkum edilib. Sonuncu dəfə isə bir müddət əvvəl paytaxtda törətdiyi analoji əmələ görə axtarışda olub.

Məhkəmənin qərarı ilə A.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*