Qazaxıstan çekistləri mafiyanın azərbaycanlı “bankir”ini yaxaladı – VİDEObackend

Qazaxıstan çekistləri mafiyanın azərbaycanlı “bankir"ini yaxaladı - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi beynəlxalq cinayətkar qruplaşmanın “bankiri” olan Azərbaycan vətəndaşını saxlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Komitənin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, əməliyyat yanvarın 15-də keçirilib. Milli Təhlükəsizlik Komitəsinin Nur-Sultan şəhəri üzrə departamenti xüsusi təyinatlı “A” dəstəsinin döyüşçülərinin dəstəyi ilə Azərbaycan vətəndaşını saxlayıb. Həmin şəxsin adı açıqlanmır, o transmilli cinayətkar sindikatın fəaliyyətini maliyyələşdirməkdə ittiham olunur.

“Saxlanılan şəxs pul vəsaitlərinin transmilli cinayətkar şəbəkənin Türkiyədə olan liderlərinə köçürməklə məşğul olub” , – deyə açıqlamada deyilir.

Bildirilir ki, maliyyələşmə yerli sahibkarlardan reket yolu ilə toplanan pullar hesabına olub. Saxlanılan şəxs istintaq təcridxanasında saxlanılır, istintaq tədbirləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*