Qazaxıstan Çinə neft ixracını dayandırdıbackend

Qazaxıstan Çinə neft ixracını dayandırdı

Qazaxıstan neftinin Çinə ixracı neftin keyfiyyətini yoxlama zamanı orqanoxlor birləşmələrinin normadan çox olması səbəbi ilə dayandırılıb.

KONKRET.az-ın Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Qazaxıstanın Çinə neft ixracının bərpa edilməsi, Qazaxıstan-Çin birgə müəssisəsi olan “CNPC-Aktobemunayqaz”dan göndərilən neftin keyfiyyəti ilə bağlı məsələlərin həll olunmasından sonra gözlənilir.

Qeyd edək ki, ixrac planı 34,6 min ton idi. İndiki azalma isə 30,9 min ton təşkil edib.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*