Qazaxıstan viza tələb olunmayan ölkələrlərdən (o cümlədən Rusiya) gələn vətəndaşlar üçün elektron giriş icisəsi (QazETA – Kazakhstan Electronic Travel Authorization) rəsmiləşdirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə platformanın rəqəmsal operatoru məlumat yayıb.
Yeni qaydanın tətbiq olunma cədvəli belədir:
Noyabrın 1-dən: Beynəlxalq aviareyslərlə gələn sərnişinlər üçün icazə məcburi olacaq.
Noyabrın 15-dən: Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmayan ölkələrin sərhədlərindən avtomobillə daxil olanlardan tələb olunacaq.
Noyabrın 30-dan: Aİİ ölkələrinin sərhədlərindən avtomobillə gələnlərə şamil ediləcək.
Dekabrın 15-dən: Qatar sərnişinləri və dəniz limanları vasitəsilə gələnlər üçün icazə tələb olunacaq.
İcazənin şərtləri:
Sənəd 180 gün müddətinə qüvvədə olacaq və Qazaxıstana bir neçə dəfə səfər etməyə imkan verəcək. Qeydiyyat haqqı bütün dövlətlərin vətəndaşları üçün vahid olacaq, lakin onun dəqiq məbləği hələ ki razılaşdırma mərhələsindədir.
Noyabrın 1-dək “QazETA” sistemi pilot rejimdə işləyəcək və hələlik icazənin olmaması ölkəyə girişdən imtina etmək üçün əsas sayılmır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
