backend

"Qazaxıstan üçün dost iki ölkənin toqquşmasından narahatam" - Elbaşıdan Qarabağla bağlı ÇAĞIRIŞ

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan və Ermənistan rəhbərliyinə müraciət edib.

KONKRET.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, o, Qarabağ bölgəsində atəşin dayandırılmasını vacib sayıb.

“Elbaşı Qazaxıstanın erməni və azərbaycanlı diasporlarının Qarabağda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanatını dəstəkləyib. Nazarbayev Qazaxıstan üçün dost olan iki ölkənin hərbi toqquşmasından narahat olaraq regionda stabilliyə yol açacaq danışıqların başlanmasına çağırış edib”, – deyə Nazarbayevin mətbuat xidmətinin açıqlamasında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*