Qazaxıstan və Qırğızıstan Baş nazirləri arasında telefon danışığı oldubackend

Qazaxıstan və Qırğızıstan Baş nazirləri arasında telefon danışığı oldu

Qazaxıstanın Baş naziri vəzifəsini icra edən Alixan Smailov və Qırğızıstan Baş naziri Akılbek Japarov arasında telefon danışığı olub.

KONKRET.az-ın məlumatına görə, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı iki ölkənin dövlət sərhədindəki vəziyyət, eləcə də Qazaxıstandakı ictimai-siyasi vəziyyət kontekstində Qazaxıstan və Qırğızıstan arasında ticarət-iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunub. Tərəflər həm ikitərəfli, həm də çoxtərəfli formatda strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bəyan ediblər”, məlumatda bildirilib.

Qeyd edək ki, Qazaxıstandakı vəziyyətlə əlaqədar Qırğızıstan – Qazaxıstan sərhədindəki beş sərhəd-keçid məntəqəsi qapadılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*