Nur-Sultanın əhalisi həddindən artıq sürətlə artır, sosial və mühəndis infrastrukturunun yükü çoxalır.
KONKRET.az xəbər verir ki, bu fikirləri paytaxtın rəhbəri Altay Kulginov səsləndirib.
Onun sözlərinə görə, gələcəkdə Nur-Sultana köçmək imkanları məhdudlaşdırıla bilər.
“Müəyyən limitlərə ehtiyacımız olacaq. Çünki istilik, su, işıq çatmasa, sakinlərin limitini artıra bilmərik. İndidən bunlar baş planda və layihələrdə qeyd edilməlidir”. “Orda” nəşri onun dediklərindən sitat gətirib.
Kulginov xatırladıb ki, əvvəlcə 2030-cu ildə Nur-Sultanda 800 min insanın yaşayacağı planlaşdırılırdı, lakin bu gün şəhərdə 2 milyondan çox insan məskunlaşıb. 2035-ci ilə qədər Qazaxıstan paytaxtının əhalisi 2,5 milyon nəfərə çatacaq.
Roman Göytürk,
KONKRET.az
