Qazaxıstanın paytaxtı Nursultanda, Alma-atı və Çimkənd şəhərlərində valyutadəyişmə məntəqələrində dollar təngəyə nisbətən az da olsa bahalaşıb. Konkret.az Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu gün valyutadəyişmə məntəqələrində 1 dollar 387 təngəyə satılıb. Qeyd edək ki, Qazaxıstan Mərkəzi Bankında dolların rəsmi kursu 386,34 təngədir.
Konkret.az