“Qazaxıstanda etiraz mexanizmi Belarusu xatırladır” – Şulmanbackend

"Qazaxıstanda etiraz mexanizmi Belarusu xatırladır" - Şulman

“Qazaxıstanda etiraz mexanizmi Belarusu xatırladır”.

KONKRET.az xəbər verir ki, bu fikri rusiyalı politoloq Yekaterina Şulman bildirib. O, baş verənləri əvvəlcədən senariləşdirildiyinə eyham vurub.

“Biz Qazaxıstanda nə görürük? Etiraz mexanizmi Belarusu xatırladır. Heç nə yox idi, birdən-birə formalaşdı və hakimiyyət də etiraz edən kütlənin təzyiqi altında kiçilmiş kağız evə bənzədi. Bu günlərdə müşahidəçilər deyirlər: “Bax, bunların hamısı saxtadır”.

Daha sonra Şulman Belarus senarisinin ərəb və ya Şimali Afrika senarisi ilə əvəzlənməsini vurğulayır.

“Sonra Belarusda olduğu kimi geri çəkilmə gəlir. Amma etiraz davranışının növü baxımından bu, daha çox Rusiya və Belarus etirazlarına deyil, ərəb və Şimali Afrika etirazlarına bənzəyir. Gənclər iştirak edir, bu, qazax etirazı bizim adət etdiyimiz, deyək ki, slavyan bölgələrinin etirazlarından çox fərqlidir,  Fərqli demoqrafiya var və bu çox vacibdi. Demoqrafik piramida siyasi davranışı tam müəyyən etmir, çünki əks halda Rusiya və Ukrayna eyni siyasi dinamikaya malik olardılar, lakin onlar fərqlidirlər, fərqli təsiri var, bunu nəzərə almaq lazımdır”, – deyə Şulman bildirib.

Dünən baş verən hadisələrdə soyğunşuluğun, qarətin nədən baş verdiyini politoloq belə izah edib:

“Qazaxıstanda, məsələn, Nigeriyada və ya Əlcəzairdə olduğu kimi, tam hüquqlu gənclər toplumu yoxdur. Buna baxmayaraq, gənclərin nisbət üstünlüyü var. Sadəcə  burada  gənclərin, yəni kişilərin təsir gücü daha çoxdur. Bu da ərəb modelinə oxşayan bir etirazdır. Bu cür etiraz asanlıqla talanlara, soyğunçuluğa çevrilir, bu da çox təbiidir. Üstəlik, bu, həqiqətən də öz haqsız yoxsulluğunu kompensasiya etmək hüququna malik olduğuna inanan yoxsul insanların etirazıdır”.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*