Qazaxıstanda iğtişaşlar səngimək bilmir: Silahlılar həbsxanaya hücum edib – VİDEObackend

Qazaxıstanda iğtişaşlar səngimək bilmir: Silahlılar həbsxanaya hücum edib - VİDEO

Qazaxıstanın Taldıkorqan şəhərində silahlı dəstələr istintaq təcridxanasına basqın etməyə cəhd göstəriblər.

KONKRET.az “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, polis hücumu dəf edə bilib.

Bu arada Almatıda silahlı insanlar müqavimət göstərməyə davam edir. Təhlükəsizlik qüvvələri isə sakinləri evdə qalmağa çağırır.

“Xəbər 24” telekanalının məlumatına görə, silahlı qruplar şiddətli müqavimət göstərir. Bu səbəbdən də, şəhər əhalisindən evdə qalmaları, təhlükəsizlik tədbirlərinə və fövqəladə vəziyyətin tələblərinə riayət etmələri, gecələr küçəyə çıxmamaları xahiş olunur” – deyə şəhər rəhbərliyinin bəyanatında bildirilib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*