Qazaxıstanda maraqlı eksperiment: Beş il ərzində heç bir cinayət törədilməyib – VİDEObackend

Qazaxıstanda maraqlı eksperiment: Beş il ərzində heç bir cinayət törədilməyib - VİDEO

Türküstan vilayətinin Ordabasy rayonunda Torearyk və Jusansay kəndləri spirtli içki qəbul etməkdən imtina edib. Kənd camaatı 5 il əvvəl belə bir qərar verib və bu müddət ərzində burada heç bir cinayət faktı qeydə alınmayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ordabasy rayon polis şöbəsinin rəisi Qalimjan Kuaşbayev bildirib.

“Beş il ərzində bu kəndlərdə bir dənə də olsun cinayət faktı qeydə alınmayıb. Səbəblərdən biri spirtli içkidən imtina olub. Belə ki, Torearyk kəndində ümumiyyətlə spirtli içki qəbul etmirlər”, – polis rəisi deyib.

Jusansay kənd sakini Abdimalik Eltaev bildirib ki, övladlarına ədalətli, müdrik olmağı, qayda-qanunları pozmamağı, böyüklərə və milli mədəniyyətə hörmət etməyi öyrədir.

Bundan əlavə, kənd sakinləri idmanla da fəal məşğul olurlar.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*