Qazaxıstanda Zəngəzur dəhlizinin imkanlarından danışıldı – FOTObackend

Qazaxıstanda Zəngəzur dəhlizinin imkanlarından danışıldı - FOTO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad tədbirləri üzrə Müşavirə (AQEM) təşkilatının İşçi Şurasının 5-ci plenar sessiyası və 7-ci biznes forumu öz işinə başladı.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbir AQEM-in 30 illiyinə həsr olunub. Sessiyanın gündəliyinin əsas mövzularından biri, Azərbaycanın bilavasitə iştirak etdiyi, hətta əsas iştiraşçılarından biri olan Transkaspi, Şimal-Cənub, Şərq-Qərb və Zəngəzur nəqliyyat dəhlizlərinin problemlərinə həsr olunub.

Azərbaycan hökuməti bu sessiyada çox vacib bir missiya ilə təqdim olunub. AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) İdarəetmə sistemləri İnstitutu, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi və SİNAM özəl şirkəti birgə layihə çərçivəsində “Nəqliyyat dəhlizlərinin səmərəlilik və təhlükəsisliyinin rəqəmsal sistemlərlə idarə olunması və elektron logistika” üzrə konsepsiya işləyərək AQEM-ə təqdim ediblər.

Layihənin təqdimatı isə AMEA, Nəqliyyat Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının qərarı ilə qurumun Qazaxstanda rəsmi nümayəndəsi Zakir Binnətliyə həvalə olunub.

Qeyd edək ki, təşkilat 1992-ci ildə Qazaxıstanın təklifi ilə yaradılıb. Bu qurum beynəlxalq forumdur. Asiya qitəsinin demək olar ki, bütün ölkələrini birləşdirir. Məqsədi Asiya regionu ölkələrinin təhlükəsizliyi və stabilliyini qorumaq məqsədi fonunda onların qarşılıqlı münasibətləri və əməkdaşlığını inkişaf etdirməkdir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*