Qazaxıstanda vəzifəli şəxs etiraz aksiyaları zamanı öldürülüb.
KONKRET.az bu barədə “Sputnik Kazaxıstan”a istinadən xəbər verir.
Məlumata görə, ölkənin Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti Akademiyasının rəisi aksiyaçıların müəssisənin binasına hücumu zamanı həyatını itirib.
Xatırladaq ki, Qazaxıstanda yanvar ayının 2-dən etibarən qiymət artımları səbəbi ilə etiraz aksiyaları keçirilir.
