“QAZel” traktorla toqquşdu – 1 yaralıbackend

"QAZel" traktorla toqquşdu - 1 yaralı

Zərdab rayonunun Otmanoba kəndində “QAZel” markalı yük avtomobili və “T-80” markalı traktor toqquşub.

KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar yük avtomobilində müxtəlif bədən xəsarətləri alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*