“Qərb post-Putin Rusiyasının həsəd aparacağı bir Ukrayna yaradacaq” – POLİTOLOQbackend

"Qərb post-Putin Rusiyasının həsəd aparacağı bir Ukrayna yaradacaq" - POLİTOLOQ

Zelenski bildirib ki, Rusiyaya ərazi güzəştləri olmayacaq. Krım və Donbas Ukraynanın tərkibində qalmalıdır. Ukraynanın suverenlik və ərazi bütövlüyündən heç bir güzəşt ola bilməz və olmayacaq.

Bir çoxlarının klassik müharibə və ənənəvi “qələbə” təsəvvürlərindən çıxış edərək Ukrayna dağıldı, ölkəni Suriyaya çevirdilər, Qərb Ukraynanı xərclədi kimi tezislərdən irəli gedə bilmirlər. Əvvəla bir şeyi unutmayaq ki, böyük imperiyalar, dövlətlər sahib olduqları qüdrəti qazanmaq çox böyük qurbanlar veriblər. Heç biri dövlətçilik Tanrının hədiyyəsi deyil. Yəni Ukraynada bu prosesləri görən, analiz edən çox güclü başlar var və hər halda bizim bildiklərimizdən daha çoxunu bildikləri halda bu qarşıdurmaya gediblər. Yəni böyük stavka ediblər, qalib gəlsələr mükafatı da böyük olacaq.

Hə indi isə qayıdaq ənənəvi “qələbə” anlayışına. Artıq qalib gəlmək dedikdə öz bayrağını düşmən ölkənin paytaxtına sancmaq nəzərdə tutulmur. Vyetnam ABŞ-a qalib gəlmədi, amma Birləşmiş Ştatlar Vyetnamda məğlub oldu, Əfqanıstan da Sovetlər Birliyinə qalib gəlmədi, amma SSRİ Əfqanıstandan məğlub ayrıldı. Yəni rus əsgərinin nə qədər qoşun, ordu, infrastruktur dağıtmağı və ya nə qədər ərazi işğal etməsi önəmli deyil. Vacib olan nəticədir. Əgər bir müharibənin sonunda dünyanın siyasi xəritəsi dəyişmirsə, onu başladan tərəf hər bir halda məğlubdur. Qısacası dünyanın 2-ci ordusunun 27-ci ordusu qarşısında geri çəkilməsi, danışıqlara getməsi, hətta müzakirə aparmasının özü artıq məğlubiyyətdir və onun üçün necə deyərlər sonun başlanğıcıdır.

Ukrayna bu savaşdan ərazi itirmiş məğlub və ya qalib ayrılmağından asılı olmayaraq, Qərb Ukraynada kobud desək, Rusiyanın, Belarusun və Çinin acığına unikal bir iqtisadi-siyasi model yaradacaq. Post-Putin Rusiyasının həsəd aparacağı bir Ukrayna. Vaxtilə Marşal Planı əsasında Avropanın yenidən qurulduğu kimi istəsələr Ukraynanın yanında iki dənə də Ukrayna tikərlər bir neçə ilə. Hər şey pulun başındadır. Çünki Ukraynaya dəyən 500 mlrd. dollar heç ABŞ-ı demirəm, Avropa Komissiyası üçün bir pul deyil və uzunmüddətli geosiyasi məqsədlər üçün xərc çəkmək lazımdır. Dollar ekspansiyası üçün tarixi şansdır.

Fevralın 24-də həvəslə Rusiya 48 saata Kiyevə girəcək deyənlərin məyusluğunu anlayıram. Ukrayna xalqının qəhrəmanlığı və şücaəti qarşısında Rusiyanın biabırçı hərbi kampaniyasına ad verə bilmirlər deyə klassik Suriya, Liviya müqayisəsindən başqa bir şey gəlmir ağıllarına.

Əli Məhərrəmli, politoloq

 

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*