Qərb Ukraynanın NATO-ya üzvlüyündə maraqlı deyilbackend

Qərb Ukraynanın NATO-ya üzvlüyündə maraqlı deyil

ABŞ və Almaniya Rusiya ilə gərginliyin artmasından çəkinərək  Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxıblar.

KONKRET.az xəbər verir ki, Kiyev Şimali Atlantika Alyansı ölkələrinin Xarici İşlər Nazirliklərindən Ukraynanı NATO-ya dəvət etmək üçün tövsiyələr almaqda israrlıdır. Mənbə bildirir:

“ABŞ, Almaniya və digər ölkələrin  rəsmiləri Ukraynanın alyansa yaxınlaşmasının Qərbin Moskva ilə ziddiyyətini artıra biləcəyindən narahatdırlar. Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bildirib ki, alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək hazırkı görüşündə əsas diqqət ölkənin alyansa dəvət edilməsinə deyil, Ukraynaya hərbi yardımın göstərilməsinə yönələcək. Kreml rəsmisi Dmitri Peskov isə vurğulayıb ki, Ukraynanın NATO-ya qəbulu Moskva  üçün qəbuledilməzdir, çünki bu, Rusiya üçün təhlükə yaradır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*