backend

"Qərbdə Rusiyanın əmlakı qanqsterlər tərəfindən ələ keçirilir" - Kremldən KRİTİK AÇIQLAMA

“Qərbdə Rusiyanın əmlakı, o cümlədən şəxsi mülkiyyəti qanqster tərəfindən zəbt edilir”.

KONKRET.az xarici mediaya istindən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkənin mülkiyyətinə qarşı qanqster hərəkətlərinin qanunsuz olduğunu bildirib. O, Qərbdə Rusiyanın əmlakının quldurlar tərəfindən ələ keçirildiyini açıqlayıb:

“Biz tamamilə qanuni əmlakın ələ keçirilməsi üçün atılan addımları görürük. Bank hesablarının dondurulması, şəxsi mülkiyyətin mənimsənilməsi və sair quldur hərəkətlərini müşahidə edirik” – deyə Peskov vurğulayıb.

Onun fikrincə, bütün bunlara milliləşdirmənin işlənib hazırlanması də əlavə olunsa, bu, yaxşı heç nə vəd etməyəcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*