“Qərbin Rusiyaya qarşı sanksiyaları nəticə vermir” – Polşanın baş nazirindən GÖZLƏNİLMƏZ AÇIQLAMAbackend

“Qərbin Rusiyaya qarşı sanksiyaları nəticə vermir” - Polşanın baş nazirindən GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Qərbin Rusiyaya qarşı sanksiyaları nəticə vermir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri Polşanın baş naziri Mateuş Moraveçki səsləndirib. Siyasətçi arqument kimi rublun məzənnəsinin sabitləşməsini göstərib.

Moraveçki bildirib ki, rubl Rusiyanın Ukraynada xüsusi əməliyyata başlamazdan əvvəlki dəyərinə yaxınlaşır: “Bu o deməkdir ki, attığımız addımlar istədiyimiz effekti verməyib” – Polşanın baş naziri vurğulayıb.

Mateuş Moraveçki Avropada rusofobiyanın üstünlük təşkil edən tendensiyaya çevrildiyini söyləyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı fonunda Polşa bu istiqamətdə müəyyən standartlar təyin edib.

Xatırladaq ki, Moskva birjasında dolların məzənnəsi fevralın 23-dən bəri ilk dəfə olaraq 81 rubldan aşağı düşüb. Amerikanın milli valyutası hazırda 3,45 faiz ucuzlaşaraq 80,33 rubl təşkil edir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*