“Qərblə Rusiya arasındakı oyun Ermənistan üçün təhlükəli oldu” – Çalabyanbackend

"Qərblə Rusiya arasındakı oyun Ermənistan üçün təhlükəli oldu" - Çalabyan

“Ermənistan və Rusiya hələki münasibətləri pisləşən tərəfdaşlardır, lakin bu münasibətlər düşmənçiliklə nəticələnə bilər”.

KONKRET.az xəbər verir ki, bu fikirləri “HayaVote” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

O bildirib ki, Moskva İrəvanla viza rejimini dayandıra bilər, bundan sonra on minlərlə insan Rusiyaya işləmək üçün gedə bilməyəcək.

O xatırladıb ki, Qərb Rusiya ilə münaqişənin ən kəskin mərhələsindədir: Makron Ukraynaya qoşun göndərməyi istisna etmir, Polşa isə müharibənin onun sərhədlərinə yaxınlaşdığını deyir.

“Qərb proseslərə bu prizmadan baxır. Onları Ermənistan maraqlandırmır, öz təhlükəsizlikləri düşündürür və onların qarşısında Rusiya üzərində üstünlük əldə etmək vəzifəsi durur. Bu, bizim məğlubiyyətimizə gətirib çıxarır, çünki Qərblə istənilən razılaşma Rusiya ilə münasibətlərin pisləşməsi hesabına başa gəlir. Amma Qərbdən fərqli olaraq, Rusiya regionda hərbi güclə təmsil olunur. Qərbin təsiri yumşaq formada həyata keçirilir. Məsələn, Qərb sanksiyalar tətbiq edə bilər. Üstəlik, burada Qərbin deyil, Rusiyanın müttəfiqi olan İran yerləşir”, – deyə Çalabyan bildirib.

O deyib ki, Qərblə Rusiya arasındakı oyun Ermənistan üçün təhlükəli oldu.

“Biz Qərblə Rusiya Federasiyası ilə münasibətlərin daha da pisləşməsinə səbəb ola biləcək addımlar atmamalıyıq”, – Çalabyan fikrini yekunlaşdırıb.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*