Qeyri-sabit hava nə qədər davam edəcək?backend

Qeyri-sabit hava nə qədər davam edəcək?

“Bu gün qeyri-sabit hava şəraiti müşahidə olunsa da, yağıntıların intensivliyi azalır”.

KONKRET.az xəbər verir ki, bunu Milli Hidrometeoroligiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, ötən gün ərzində paytaxtda küləyin sürəti saniyədə 30-33 metrə çatırdısa, günorta saatlarında 15 m/san olub:

“Günün ikinci yarısı, axşama doğru külək nisbətən mülayimləşəcək. Birinci ongünlüyün son günlərinədək – ayın 9-u və 10-na kimi respublikanın bəzi rayonlarında fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Güclü yağıntılar artıq gözlənilmir. Hava şəraitinin nisbətən sabitləşməsi ayın 13-dən sonra gözlənilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*