Qidaları soyuq saxlamaq üçün soyuducuya ehtiyac yoxdur! – FOTObackend

Qidaları soyuq saxlamaq üçün soyuducuya ehtiyac yoxdur! - FOTO

İstər inanın, istər inanmayın, amma qidalarınızı soyuq saxlamaq üçün soyuducuya ehtiyacınız yoxdur. Bunun üçün sadəcə saxsı qab, qum və suyunuz olmalıdır ki, elektriksiz soyuducunuz hazır olsun.

Dünyanın bəzi bölgələrində saxsı qablardan istifadə edilərək hazırlanan bu soyuduculara “zeer” deyilir və bu ucuz vasitə heç də yeni kəşf deyil. Orta Şərq, Afrika kimi isti və quru iqlimə malik bölgələrdə yaşayan insanlar uzun illərdir qidaların xarab olmaması üçün bu mexanizmadan istifadə edirlər. Şimal-şərqi Afrika ölkələrində hazırlanan soyutma sistemləri sayəsində qidalar 10 dəfədən daha çox xarab olmadan saxlanırlar.

Konkret.az əllə düzəldilə biləcək soyuducunun hazırlanma qaydasını təqdim edir:

Bunun üçün 2 ədəd saxsı qab götürün, biri digərinin içinə sığacaq ölçüdə olsun. Böyük olan qabın içini bir neçə santimetr qumla doldurun və kiçik qabı böyüyün içinə yerləşdirin. Qabların arasındakı boşluğu da qumla doldurub su tökün. Daha sonra qabların ağzını saxsı qapaq və ya nəm parçayla bağlayın. Bu qədər sadə… Artıq qidalarınızı bu qabın içərisində saxlaya bilərsiniz.

Amma hər gün quma su tökməyi unutmayın! Çünki bu mexanizma qidaları soyuq saxlamaq üçün buxarlanma effektindən istifadə edir. Elektriksiz işləyən bu soyuducunu kölgəli yerə qoymaqda fayda var. Çünki günəşin şüaları onun isinməsinə səbəb olacaq. Eyni zamanda küləkli bir yerdə də saxlaya bilərsiniz, çünki külək suyun daha tez buxarlanmasını təmin edəcək və qidalar daha sürətlə soyuyacaq.

Firuzə Alimova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*