Qırğızıstan Rusiya bazası haqqında bəyanat verdibackend

Qırğızıstan Rusiya bazası haqqında bəyanat verdi

Qırğızıstan “Kant” Rusiya aviabazasından imtina etməmək qərarına gəlib.

Bu günlərdə həmin bazanın genişləndirilməsinə görə olan sorğuya Qırğızıstan müsbət rəy verib.

KONKRET.az Cebhe.info-ya istinadən  xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər naziri Ruslan Kazakbayevin sözlərinə istinadən “RİA Novosti” məlumat yayıb.

Kazakbayev bu günlərdə ölkə daxilində etirazların baş verdiyi bir vaxtda rusiyalı rəsmilərinin Bişkekə gəldiklərinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, rusiyalı rəsmilər Qırğızıstan büdcəsinə dəstək olacaqlarını da ifadə ediblər.

Kazakbayev də öz növbəsində bildirib ki, bundan sonra da ölkəsilə Rusiya arasında qarşılıqlı dostluq əlaqələri davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*